Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kaya Kallasın Azərbaycana səfər proqramı məlum olub - Yenilənib

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfər proqramı məlum olub...

Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən APA-ya verilən məlumata görə 25 aprel tarixində Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Bakı şəhərində olacaq.

Bildirilib ki, Ali Nümayəndə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşəcək.

Həmçinin, Kallas Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov ilə də görüş keçirəcək. Görüşdən sonra mətbuat üçün açıqlamalar veriləcək.

Günün ikinci yarısında isə Kaya Kallasın Gənc Avropa Səfirləri ilə görüşü nəzərdə tutulub.

***

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edəcək.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib.

Qeyd edək ki, 2024-cü il dekabrın 1-dən etibarən Estoniyanın sabiq baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi vəzifəsinə başlayıb. O bu postda daha əvvəl həmin vəzifəni icra edən Cozef Boreli əvəz edib.

Poliqon.info


Etiket: Kaya Kallas


Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay